Ruslar kütləvi şəkildə xarici avtomobil alır - SƏBƏB

Rusiyada utilizasiya rüsumunun artırılması xəbərləri fonunda insanlar avtomobil almağa başlayıblar: son bir həftədə diler salonlarında satışlar 36% artıb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu “Rolf” şirkətinin yeni avtomobillərin satışı departamentinin direktoru Nikolay İvanov bildirib. Onun sözlərinə görə, paralel idxal olunan avtomobillərin həcmi 55% artıb. “Əminliklə deyə bilərəm ki, yeni avtomobillərə tələbat son günlərdə kəskin şəkildə yüksəlib. Bu da utilizasiya rüsumunun yeni hesablanma formulu barədə mediada yayılan xəbərlərlə bağlıdır”, – deyə İvanov qeyd edib. Mənbələrin məlumatına görə, xaricdən gətirilən avtomobillərə tələbat 300% artıb. Ruslar Yaponiyadan, Cənubi Koreyadan və Almaniyadan son əlçatan xarici avtomobilləri kütləvi şəkildə alır. Hazırda paromlarda və gömrük rəsmiləşdirməsində böyük növbələr müşahidə olunur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












