Şamaxıda qəza törədən müəllimə hökm oxundu

Sumqayıt Apelyasiya Məhkəməsində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1954-cü il təvəllüdlü Vasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Vasif Ağayev idarə etdiyi “VAZ-21074” markal avtomobillə Şamaxı rayonunun Dağ Göylər kəndində əks istiqamətdən gələn “VAZ-2103” markalı avtomobillə toqquşub.
Nəticədə Vasif Ağayevin idarə etdiyi avtomobildə olan sərnişin Səbirə Məmmədova xəsarət alıb. Ona xəstəxanada tibbi yardım göstərilib. İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Vasif Ağayev təqsirli bilinir.
Vasif Ağayev Cinayət Məcəlləsinin 263-1.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilib və Şamaxı Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alıb.
Məhkəmənin hökmündən narazı qalan Vasif Ağayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Vasif Ağayevin apelyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Vasif Ağayev Şamaxı rayonu, Məlikçobanı Kənd Tam Orta Məktəbində müəllim işləyib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












