Satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq

2025-ci ilin sonunadək bütün dünyada elektrokar satışları 25 faiz artacaq və satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında yer alıb.
“2024-cü ildə müşahidə edilən artım tempi davam etsə, cari ilin sonunadək dünyada satılan elektrokarların sayının 25 faiz artacağı gözlənilir. 2025-ci ildə satılan hər dörd avtomobildən biri elektrik mühərrikli olacaq. Nəticədə elektrokarların satışı dünya miqyasında pik həddə - 20 milyon ədədə çatacaq”, - deyə proqnozda bildirilir.
Bu ilin ilk rübündə bütün dünyada 4 milyondan çox elektrik avtomobili satılıb ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 35 faiz çoxdur. “Cari ilin ilk üç ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ədəd çox elektrik avtomobili satılıb. Satışların təxminən 60 faizi Çində həyata keçirilib”, – deyə sənəddə qeyd olunub.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə elektrikli avtomobillərin satışı 25 faiz artaraq 17 milyon ədədi ötüb. Bu, öncəki illə müqayisədə 3,5 milyon ədəd çoxdur.
Eyni zamanda, 2024-cü ildə Çin bazarında elektriklə işləyən avtomobillərin satışı 40 faiz artıb. Əgər 2021-ci ildə satılan elektrik avtomobillərinin yarısı Çinin payına düşürdüsə, 2024-cü ildə bu göstərici demək olar ki, üçdə ikiyə yüksəlib. Ötən ilin iyul ayından etibarən ölkədə elektrokarların aylıq satışı adi avtomobillərin satışını üstələyib.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










