"Saxla" əmrini verən polisin maşınını əzdilər

Bakıda "saxla" əmrinə tabe olmayan şəxslər polisin xidmətini maşınını vurublar. Avtosfer.az-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Doblo" markalı avtopatrulda xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Peugeot" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi veriblər. Lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib. Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar.
Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












