Səbinə Kətanova piyadanı vurduğu deyilən VİDEONU YAYDI

Xəbər verdiyimiz kimi, bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.
Avtosfer.az xəbər verir ki, bloger hadisənin görüntülərini yayımlayıb.
O bildirib ki, piyadaya heç bir xəsarət yetirməyib: "Hadisə 2021-ci ilin sentyabrın 5-də olub. Bilib-bilmədən deyirlər, piyadanı vurub qaçıb. Baxın görün burada kim günahkardır? Mən bu şəxsi vurmuşam, yoxsa qəsdən maşına tərəf qaçıb? Yazırlar, oğlan nə gündədir. Mən heç vaxt hansısa canlını vurub qaçmaram".
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










