Şəhid kəşfiyyatçının atasına vəsiyyəti - VİDEO

Vətən Müharibəsi xalqımızın igid oğullarının qəhrəmanlıqları ilə yadda qaldı. Belə igidlərdən də biri Silahlı Qüvvələrin kapitanı, şəhid Samid Əsgərovdur.
Report şəhidin yaşadığı Neftçala rayonunun Boyat kəndində olub.
Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabr ayının 12-də Neftçala rayonunun Boyat kəndində doğulub. 2005-ci ildə Elton Həbibov adına 4 saylı tam orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub və 2008-ci ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
Ali məktəbi bitirdikdən sonra peşəkar hərbçi kimi xidmətə başlayıb. Müxtəlif hərbi vəzifələrdə xidmət edən edən S.Əsgərov oxuduğu və işlədiyi müddətdə bir sıra diplom və sertifikatlarla təltif olunub.
Həmçinin "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində ilk gündən döyüşlərdə başlayan Samid Səmədov dəfələrlə düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib.
Sonuncu dəfə Füzuli istiqamətində iştirak etdiyi döyüşdə qəhrəmancasına şəhid olub.
S.Əsgərov göstərdiyi şücaətlərinə görə, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











