Şəkidə bir nəfər içdi; üçünün avtomobili toqquşdu

Şəkidə zəncirvari qəza baş verib. Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəki rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, Şəki şəhər sakini 1959-cu il təvəllüdlü Knyaz Cabbar oğlu Abdullayevin idarə etdiyi 90- SM- 497 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. O, əvvəlcə yolun kənarında dayanan Nicat Kamil oğlu Əliyevə məxsus 90- JS- 286 dövlət nömrə nişanlı «Ford» markalı mikroavtobusu vurub. Daha sonra isə ərazidən qaçmaq istəyərkən 55- BC- 740 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobili vurub.
İkinci qəzadan sonra avtomobil səkiyə çırpılaraq dayanıb.
Qəza zamanı "Hyndai" markalı maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan yaralının vəziyyətinin normal olduğunu bildirdilər.
Qəzaya ilkin ehtimal Knayz Abdullayevin sükan arxasına içkili vəziyyətdə əyləşməsi olub. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












