«Şəmi müəllim»i qəza vəziyyətinə saldılar - VİDEO

«Bozbaş Pictures»in məhşur siması – «Şəmi müəllim» kimi tanıdığımız tanınmış teleaparıcı İlkin Həsəni özünün facebook profilində yollarımızda baş verən sürücü intizamsızlığını əks etdirən maraqlı video paylaşıb. Avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl İlkin Həsəninin avtomobilindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alınan videodan məlum olur ki, hadisələr Tbilisi prospektində cərəyan edir. «Köhnə avtovağzal» dairəsi kimi tanınan dairədə İlkin Həsəni idarə etdiyi avtomobillə sağdan hərəkət edən avtomobilləri gözləyir. Yol boşaldıqda hərəkətə başlayan İlkin Həsəninin sağından «Prado» markalı avtomobil də qəfil hərəkətə başlayır və sürətlə hərəkət edərək «Hyatt Recency» mehmanxanasına tərəf gedənlərə qəza şəraiti yaradır. İlkin Həsəni həmin sürücünün hərəkətlərindən əsəbləşərək söyüş söydüyü üçün videoda söyüş səsini silib. Özünün yazdığı şərhdə isə bildirib ki, «Prado» sürücüsünün bu hərəkətinə həmin «düd-düd» siqnalı ilə cavab verib.
Videodan da göründüyü kimi, «Prado» sürücüsü həqiqətən də kobud qayda pozuntusu törədərək qəza şəraiti yaradır. Lakin eyni zamanda, İlkin Həsəni və onun solundakı «Opel»in sürücüsü də manevr qaydalarını pozur. Onlar hərəkət istiqamətini əvvəlcədən müəyyən etmirlər. Çünki onlar körpünün sağındakı yola girəcəklərini əvvəlcədən bildikləri halda dairədə sağ zolağı tutmalı idilər. Amma hər ikisi sol zolaqda dayanırlar. «Prado» isə sola hərəkət edəcəyi halda ən sağdakı zolaqla hərəkət edir. Göründüyü kimi, «Prado» ilə «Opel» toqquşmadan son anda yayına bilir.
Avtosfer.az həmin videonu təqdim edir.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











