Sensor ekran təhlükə mənbəyidir – TƏDQİQAT

Kondisionerin sürətini azazltmaq, yaxud temperaturu dəyişmək. Köhnə maşınlarda sürücü bunu gözünü yoldan çəkmədən edir. 2025-ci ilin avtomobilində isə bu sadə əməliyyat üçün ekrana baxmaq və gözünü yoldan 4 saniyə çəkmək tələb olunur. Təzə başlayanlar üçünsə müddət ikiqat çox ola bilər. Ciddi qəza üçün 3 saniyə də çoxdur.
Avtosfer.az xəbər verir ki, Almaniyanın ADAC avtomobil klubu sensor ekranlı maşınları təhlil edərək bu nəticəyə gəlib.
Eyni zamanda yol qəzalarını da təhlil edən klub ekspertlərinin fikrincə, sensor ekranlar diqqəti yayındırdığı üçün yüksək təhlükə mənbəyidir. Sükanüstü düymələr də təhlükə baxımından çox da fərqlənmir. Klassik çevirgəclərin isə yerini və funksiyasını sürücülər əzbər bildikləri üçün risk azdır.
ADAC vəziyyətdən çıxış yolu kimi sükanüstü düymələrin funksiyasına görə dizaynını dəyişməyi, sensor ekranları isə maksimum həddə sadələşdirməyi tövsiyə edir.
Qeyd edək ki, son 2 ildə geniş tətbiq tapmış gizlədilmiş qapı dəstəklərinin də qadağan edilməsinə dair ilk təklifi ADAC verib. Təklifi Çin də daxil olmaqla bütün ölkələr qəbul edib.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












