Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Bəzi MDB ölkələrində texnika təmiri sahəsində vətəndaşların aldadılması ilə bağlı geniş yayılmış dələduzluq sxemləri açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Roskaçestvo yayıb. Məlumata görə, ən çox rast gəlinən fırıldaq üsullarından biri detalların dəyişdirilməsi ilə bağlıdır. Belə ki, servis mərkəzləri müştəriyə “orijinal hissə” vəd etsə də, əslində ucuz surət detallar quraşdırılır və buna görə yüksək məbləğ tələb olunur. Bəzi hallarda isə ustalar cihazın içərisindəki bahalı komponentləri çıxararaq onların yerinə nasaz və ya köhnə hissələr yerləşdirirlər.
Nəticədə texnika bir müddət işləsə də, problemlər adətən zəmanət müddəti başa çatdıqdan sonra üzə çıxır. Digər yayılmış üsul təmir müddətinin süni şəkildə uzadılmasıdır. Müştəriyə işin qısa zamanda bitəcəyi deyilsə də, sonradan proses uzadılır və işi sürətləndirmək üçün əlavə ödəniş tələb olunur.
Həmçinin, sadə nasazlıqla müraciət edən müştərilərə mövcud olmayan ciddi problemlər “tapılır” və təmir xərci bir neçə dəfə artırılır. Bəzi hallarda yekun məbləğin ilkin qiymətdən təxminən 4 dəfə çox olduğu bildirilir. (Müsavat.com)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












