Sərxoş futbolçu velosipedçini vurdu

İngiltərənin "Everton" klubu və İrlandiya yığmasının yarımmüdafiəçisi Darron Gibson avtomobilini sərxoş vəziyyətdə idarə etdiyi zaman velosipedçini vurub.
Avtosfer.az bbc news-a istinadən bildirir ki, insident İngiltərənin Mançester şəhərində yaşanıb. İdarə etdiyi Nissan GTR ilə velosipedçini vurandan sonra futbolçu qəza yerindən qaçmağa çalışıb. Amma yaxınlıqdakı yanacaqdoldurma stansiyalarından birində ələ keçib.
Baxış zamanı bəlli olub ki, futbolçunun qanında alkoqolun səviyyəsi yolverilən maksimal həddən dəfələrlə yüksəkdir.
Velosipedçi ağır xəsarət almayıb, onun durumu normaldır. Hazırda zədəli olduğu üçün meydana çıxmayan futbolçunun məhkəmə prosesi sentyabrın 1-də başlanacaq. 27 yaşlı futbolçunu böyük məbləğdə cərimə və avtomobili idarəetmə hüququndan uzun müddətə mərhum olunma gözləyir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












