Sərxoş sürücü «Ford»u «Range Rover»ə vurdu; o da «Mersedes»ə – FOTO

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, üç maşının iştirakı ilə baş vermiş hadisə Babək prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Heydərov Dinyar Heydər oğlunun idarə etdiyi "Ford" markalı yük maşını Babək prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış "Range Rover"ə çırpılıb. 1995-ci il təvəllüdlü Əliyev Murad Nəriman oğlunun idarə etdiyi "Range Rover" zərbənin gücündən yolun əks istiqamətində çevrilib və işıqforda dayanmış "Mercedes"ə dəyib. Qəza nəticəsində "Ford"un sürücüsü 51 yaşlı Dinyar Heydərov və "Range Rover"dəki sərnişin, 21 yaşlı Fərid Şərifəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə çağırılmış iki təcili tibbi yardım briqadasının həkimləri yaralılara hadisə yerində ilkin yardım göstəriblər, sonra isə hər iki şəxs xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, "Ford"un sürücüsü sərxoş olub. O, işıqforun qırmızı işığında dayanmış "Range Rover" və "Mercedes"in arasından keçmək və hərəkətini davam etdirmək istəyib. Lakin məsafəni düzgün hesablamayan sərxoş sürücü qəzaya səbəb olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















