Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ

Azərbaycanda avtomobillərin konstruksiyasına qanunsuz müdaxilə edərək səsboğucu sisteminin dəyişdirilməsi və standartlardan artıq səs ucalığı yaradılması ciddi hüquqi məsuliyyət doğurur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinə əlavə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 150 manat məbləğində inzibati cərimə olunurlar.
Qanunvericiliyə görə, avtomobillərin səs səviyyəsi standart olaraq maksimum 74 desibeli (dB) keçməməlidir və xüsusi idman üslublu və ya səs artıran səsboğucuların (məsələn, xalq arasında "qluşitel" kimi tanınan sistemlərin) sənədləşdirilmədən quraşdırılması qəti qadağandır.
Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən idarə edilən nəqliyyat vasitəsində qeyri-qanuni səsboğucu aşkarlandıqda, sürücüyə yalnız cərimə protokolu yazılmaqla kifayətlənilmir, həmçinin avtomobil dərhal mühafizə olunan duracağa (cərimə meydançasına) aparılır. İXM-in 96-cı maddəsinin tələblərinə uyğun olaraq, hərəkətdə olan nəqliyyat vasitəsində aşkar edilmiş texniki nasazlıq və ya qanunsuz konstruksiya dəyişikliyi yerindəcə aradan qaldırıla bilmədiyi üçün maşın duracağa yerləşdirilməlidir. Bu qayda, digər hərəkət iştirakçılarının rahatlığını və ekoloji normativləri qorumaq məqsədi daşıyır.
Cərimə meydançasına yerləşdirilmiş avtomobilin sürücüsü tətbiq edilən 150 manatlıq cəriməni ödədikdən sonra nəqliyyat vasitəsini birbaşa duracaqdan çıxarıb idarə edə bilməz. Sürücü quraşdırdığı qeyri-standart səsboğucu sistemi sökməli və avtomobili tam qanuni zavod konstruksiyasına geri qaytarmalıdır. Konstruksiya dəyişikliyi və normativ pozuntu tamamilə aradan qaldırıldıqdan və müvafiq icazə sənədləri Dövlət Yol Polisi subyektlərinə təqdim edildikdən sonra avtomobilin istismarına yenidən icazə verilir./day.az
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










