Sığorta bazarı çökə bilər - Ziyana düşməmək üçün bunlara DİQQƏT EDİN

Dünən sosial şəbəkələrdə bir partlayış yaşandı. Mərkəzi Bank sığorta şirkətlərinə 10 gün vaxt verib. Kiçik mühərrik həcmli avtomobilıərin icbari sığortasında yaradılmış problemlər aradan qaldırılsın...
Çoxdan verilməli bir göstəriş idi. Ləngisə də, həyata keçirildi. Yaxşı...
Təxminən 10 gün də bu problem davam edəcək, makler sığortaçılar maksimum qazanc götürməyə çalışacaqlar.
Sürücülərin nəzərinə... Sığorta müqavilənizin bitməsinə 12-15 gün və daha çox qalıbsa, müqavilələrinizi yenilıməyə tələsməyin. Yaxın 9-10 günə online sistemlərin fəaliyyəti bərpa olunmalıdır.
Sığorta şirkətləri yaratdıqları priblemi necə həll edəcəklər,bu barədə bir söz deyə bilmirəm. Bunu 10 gündən sonra biləcəyik. Əsas odur ki,sürücülər əlavə ödəniş edərək,səğorta müqaviləsi almaq problemindən qurtulacaqlar.
Ancaq bundan sonra Sığorta şirkətlərində hansı proseslər gedəcək? Bax bu maraqlıdı.
Görünən odur ki,əksər sığorta agentləri və collsentrlər fəaliyyətlərini dayandırmalı olacaqlar. Çünki böyük əksəriyyət avtomobil marka-modellərinə görə komissiya verilməsi sıfırlanıb və bu siyahının daha da genişləndirilməsi gözləniləndir.
Bunun fəsadlarl nə olacaq?
Yaxın bir-iki ay ərzində bir neçə şirkətlərin satış səviyyəsi həddsiz artacaq, digər şirkətlərdə hissolunacaq azalmalar baş verəcək. Satışı azalan şirkətlər hadisələrin çoxluğu səbəbindən ciddi maliyyə sıxıntısı ilə üzləşəcək və bəlkə də icbari sığorta bazarını tərk edəcəklər.
Şirkətlər satışı stabilləşdurmək üçün şirkətdaxili collsentrlərin yaradılması yolu ilə bu problemi həll etməyə çalışacaqlar. Belə collsentrlər indi də mövcuddur və fəaliyyət göstərirlər. Ancaq online sistemlərin fəaliyyəti bərpa olunarsa,o halda bu kimi collsentrlərin də faydalı iş əmsalı effekt verməyəcək.
Belə vəziyyətdə yenə də köhnə, sınanılmış yanaşma işə düşəcək və sığorta agentlərinə yüksək komissiya müqabilində əməkdaşlıq təklifləri gedəcək. Yenə də qanunsuz endirimlər mexanizmi işə düşəcək. Və bir-iki ilə sığorta sektoru yenidən indi mövcud olan problemlə üz-üzə qalacaq.
Çox bədbin bir proqnoz verdim.
Heç istəməzdim belə olsun.
Baş verən bütün bu proseslər sığorta sektorunu on il geriyə atdı.
İnsanların sığortaya etimadı sıfırlandı.
Bu etimadı bərpa etmək isə yenidən uzun illər aparacaq. Və nəyəsə nail olunacaq ya yox?
Bilmirəm.
Şahin İsmayılov
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










