Sığorta süründürməçiliyinə nə zaman son qoyulacaq? – Sürücülərə faydalı VİDEO

Sürücülər bəzi sığorta şirkətinlərindən narazıdır. Səbəb qəza zamanı ödənişlərinin süni şəkildə gecikdirilməsi, yaxud da xərclərin az göstərilməsidir. Bəs əslində belə hallar necə tənzimlənir, beynəlxalq praktikada proses necə sürətləndirilir? Ekspertlər nə məsləhət görürlər?
Artıq çoxlarına məlumdur ki, qəza törədən sürücülər sığorta şirkətlərindən ödəniş alarkən get-gələ salınır. Ekspertlər isə ödəniş üçün sürücüdən istənilən sənədlərin qanunla tənzimləndiyini bildirir.
Belə sənədlər qəzanın baş verdiyi yerdə kamera varsa video görüntülər və yaxud hadisə zamanı sürücünün telefon danışıqları ola bilər. Belə sənədləri sığorta şirkəti müvafiq orqanlardan istəməlidir. Bir çox sürücü prosesi sürətləndirmək üçün hətta özləri həmin sənədləri toplayıb gətirsələr də ödənişləri gec alırlar.
İnkişaf etmiş ölkələrdə bu sənədlər yol polisindən onlayn qaydada alınır. Üstəlik vətəndaş sığorta şirkəti ilə müqavilə bağlayarkən qəza halında avtomobilin hansı avtoservislərdə təmir olunacağı bildirilir və hadisədən sonra təmirə dərhal başlanılır.
Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri ilə bağlı tənqid və iradların onlayn cavablandırılması üçün sayt açacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










