Şirkət 104 “Bentley Bentayga”nı geri çağırır – Yanğın baş verə bilər

“Bentley”nin rəsmi nümayəndəsi “Volkswagen Group Rus” MMC, Rusiya bazarlarından 104 “Bentayga” modelini geri çağırır. Avtosfer.az “Rosstandart” portalına istinadən xəbər verir ki, bu, 2018 - 2020-ci illər ərzində realizə edilən avtomobillərə şamil edilir.
Məlumata görə, çağırışa səbəb, avtomobil işləyən zamanı, mühərrik bölməsində olan yanacaq xəttinin tez sökülən muftası, yüksək temperatura məruz qala və nəticədə, onun olduğu material yumşalaraq yanacaq sızmasına gətirib çıxara bilər.
Nasazlıq aradan qaldırılmazsa, nəqliyyat vasitəsində yanğın təhlükəsi riski artar.
Şirkət, avtoservisə düşən maşınların, mütəxəssislər tərəfindən yoxlanılaraq, yanacaq xəttinin tez sökülən muftasının dəyişdiriləcəyini və zəruri hal yaranarsa radiator yelləyənə nəzarət proqramını yeniləyəcəklərini bildirib.
Qeyd edək ki, təmir işlərinin avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcəyi də vəd olunur.
Namiq Musayev
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












