“Skoda” üç modelin istehsalını dayandıracaq

“Skoda” şirkətindən bildirilib ki, yeni Avro-7 ekoloji standartı sayəsində ikisi Avropada çox populyar olan üç modelin istehsalını dayandırmaq mümkündür.
“Skoda” İşçilər Həmkarlar İttifaqının prezidenti Yaroslav Povşikin sözlərinə görə, Avro-7 ekostandartı 2026-cı ildə tətbiq olunarsa, brendin ümumi satışın 31 faizini təşkil edən üç əsas modeli bazarı tərk edəcək.
Qeyd olunur ki, söhbət ötən il müvafiq olaraq 96 300, 92 700 və 39 500 ədəd satılan “Skoda Kamiq”, “Fabia” və “Scala” kompakt avtomobillərindən gedir.
Məlumata görə, vəziyyət digər avtomobil istehsalçıları üçün də daha yaxşı deyil: “Ford Fiesta” bu yay konveyerdən çıxacaq və “Volkswagen Polo”nun da gələcəyi qeyri-müəyyəndir.
gələcəyi var.
“Volkswagen”in baş direktoru Tomas Şeferin sözlərinə görə, sərt ekoloji qaydalara görə, Avropada subkompakt hetçbek indikindən təxminən 3000-5000 avro baha ola bilər.
Amma söhbət təkcə pul və mənfəətdən getmir – populyar modellərin mərhələli şəkildə dayandırılması avtomobil sənayesində iş yerlərinin kəskin azalmasına səbəb olacaq.
“Skoda” İşçiləri Həmkarlar İttifaqının prezidenti Yaroslav Povşik və onun “Volkswagen”dəki həmkarı Daniela Kavallo vəziyyətlə bağlı narahatlıqlarını müzakirə etmək və məqbul həll yolu tapmağa çalışmaq üçün aprel ayında Brüsseldə Aİ Nəqliyyat Komissiyası ilə görüşəcəklər. (lent.az)
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












