SOCAR “Avro 5” benzini buraxacaq

SOCAR və Avstriyanın “Poerner” şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib. Avtosfer.az SOCAR-a istinadən xəbər verir ki, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər işçiləri, “Poerner” şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Volfqanq Heger iştirak edib. R.Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır.
Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək. Bu tədbir keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.
A.Poerner SOCAR-la əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirib, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd edib. Sonra SOCAR və “Poerner” şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən isə “Poerner”in baş direktoru A.Poerner imzalayıb.
Cavid
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










