Su ilə işləyən maşın satışa çıxarıldı – FOTOLAR

Yaponlar dünyada ilk dəfə olaraq hidrogen mühərriki ilə çalışan avtomobili satışa çıxarıblar. Avtosfer.az Rusiya mətbuatına istinadən məlumatına görə, "Toyota Mirai" mühərriki ilə çatışan avtomobilə tələbat böyük olduğu üçün artıq ölkə daxilindəki satış planı ödənilib. Bu səbəbdən də Toyota şirkəti hidrogen mühərriki ilə çalışan avtomobil istehsalına 162 milyon dollar sərmayə qoyub. İl ərzində 2.1 min ədəd avtomobil istehsalı planlaşdırılır. Avtomobil Yaponiya bazarından əlavə Avropa və Amerikada da satılacaq. Qeyd edək ki, hazırda Yaponiyada hidrogen mühərrikli avtomobillər üçün 30 ədəd yanacaqdoldurma məntəqəsi quraşdırılıb. Toyota Mirai-nin Yaponiyada qiyməti 60.7 min dollar təşkil edir. Ancaq belə avtomobili almaq istəyənlərə dövlət 17 min dollar subsidiya verir. Avtomobilin yanacaq çəninin tam doldurulmasından sonra 650 km. yol qət etmək olur. Çənin doldurulması üçün isə 3 dəqiqə kifayət edir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
















