Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?

Azərbaycanda bir çox avtomobil qəzası sürücünün mobil telefondan istifadə etməsi səbəbindən baş verir.
Ümumiyyətlə, sükan arxasında telefonla danışmağın cəriməsi nə qədərdir? Bu, kameralar tərəfindən müəyyənləşdirilə bilirmi?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, telefonu əldə tutmaqla danışmağın cəriməsi 50 manatdır:
"Sürücünün telefonla danışması kamera ilə müəyyənləşdirilə bilir, yəni görüntüsü olur. Qanunda göstərilir ki, telefonu əldə tutmaqla danışmaq və yaxud da telefonla mesaj yazmaq qayda pozuntusudur. Əgər telefonu tutacağa qoyub danışırsınızsa, bu qayda pozuntusu sayılmır və qulaqcıq varsa, qulaqcıq taxıb da danışa bilərsiniz. Əsas məsələ burada telefonu əldə tutmaqla fikrin yayındırılmasıdır. Bu, qanun pozuntusu sayılır".
Avtosfer.az bildirir ki, mobil telefonla sükan arxasında danışmağa görə kamera ilə cərimə yazılması qanunla nəzərdə tutulmayıb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












