Sükan arxasındakı davranış düşündüyünüzdən daha çox şey deyir - Psixoloqun izahı

Ev şəraitində olduğu kimi, sükan arxasında da eyni xüsusiyyətləri nümayiş etdiririk — səbir, eqoizm, empatiya və ya impulsivlik. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, lisenziyalı terapevt Ceffri Melser hesab edir ki, sürmə tərzi insanın şəxsiyyətinin aynasıdır. Bu barədə "Your Tango" yazır. Sükan arxasında dönüş siqnalını nə qədər tez yandırmağınızdan tutmuş, tıxaca necə reaksiya verdiyinizə qədər hər bir xırda detal sizin səbir səviyyəniz, impulsivliyiniz, emosiyalara nəzarət qabiliyyətiniz və empatiya dərəcəniz haqqında məlumat verir.
Sürmək sosial bir vəziyyətdir
"İnsan sükan arxasında olarkən daim başqaları ilə qarşılıqlı əlaqədə olur, hətta onlarla danışmasa belə”, Melser izah edir. Ona görə də psixoloqun fikrincə, avtomobil idarə etmək səbir, məyusluğa dözümlülük və impulsları idarəetmə bacarığını sınamaq üçün əla üsuldur.
Daim zolaq dəyişmək — impulsivliyin göstəricisidir
Əgər sürücü tez-tez zolaqları dəyişərək hər kəsi ötüb keçməyə çalışırsa, bu, psixoloqun fikrincə, impulsivlik və eqosentrizmin əlamətidir. "Belə insanlar adətən nəticələr barədə düşünmədən tez qərar verirlər. Onlar gözləməyi bacarmır və hər zaman birinci olmağa ehtiyac duymurlar", deyə ekspert bildirir. Bununla belə, müasir həyatın "təcillik mədəniyyəti” fonunda bu davranışın müəyyən dərəcədə yayılması təbii sayılır.
Axına qoşulmaq tərziniz xarakterinizdən xəbər verir
Yol axınına necə daxil olmağınız da "psixoloji göstərici” hesab olunur. Başqalarına yol verməyənlər çox vaxt özlərini üstün hesab edən insanlardır. Əvəzində, hər kəsi buraxmağa meyilli olanlar həddindən artıq ehtiyatlı və ya başqalarını razı salmağa çalışan şəxslər ola bilərlər. "Hər iki tip ifratlığı təmsil edir — ya dominantlıq, ya da özünü qurban vermək", deyə Melser izah edir.
Tıxac — stressə nəzarətin göstəricisidir
Tıxaca necə reaksiya verdiyiniz bəzən istənilən psixoloji testdən daha çox şey deyə bilər. Əgər sakit şəkildə musiqi və ya podkast dinləyirsinizsə, bu, stress idarəetmə bacarıqlarınızın yaxşı olduğunu göstərir. Əgər qışqırır, sükanı döyür və ya səbəbsiz siqnal verirsinizsə — bu, məyusluğa dözümlülüyün aşağı olmasının əlamətidir. "Sükan arxasındakı davranış göstərir ki, insan məyusluq zamanı sakit qala bilirmi və zövqü təxirə salmağa qadirdirmi", deyə Melser bildirir.
Yolda aqressiya — emosional vəziyyətin göstəricisidir
Aqressiv sürücülük ayrıca davranış kateqoriyası olsa da, insanın psixoloji vəziyyəti ilə sıx bağlıdır. Amerika Psixoloji Assosiasiyasının məlumatına görə, ən çox qəzəbə gələnlər gənc kişilərdir, lakin yüksək stress səviyyəsi və ya daxili gərginlik istənilən insanı aqressiv edə bilər. Amerika Avtomobil Assosiasiyasının (AAA) sorğusu isə maraqlı bir tendensiyanı üzə çıxarıb: illik gəliri 100 000 dollardan çox olan sürücülər yollarda daha çox aqressiya nümayiş etdirir. Və bəli, "BMW sürücülərinin əsəbi olması” stereotipi qismən təsdiqlənib.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










