Sumqayıtda qadın sürücü 4 nəfəri vurdu - 3-ü öldü

Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, magistralın 48-ci km-də, Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın sürücüsü də xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və sürücü N.Kazımova isə xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












