Sürcülərin işi asanlaşır - YENİLİK

Azərbacan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” Bakının ictimai yerlərində ödəniş terminallarını quraşdırmağa başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "ASAN xidmət"dən bildiriblər. Artıq belə terminal paytaxtın iri ticarət-əyləncə komplekslərinin birində quraşdırılıb. Perspektivdə bütün Azərbaycan üzrə terminal şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda vətəndaşlar terminallar vasitəsilə yol-hərəkət qaydalarının (YHQ) pozulmasına görə cəriməni ödəyə bilərlər. Qurğu nağd vəsaitlərin qəbulu üçün slotlarla təchiz edilib.
Cəriməni ödəmək üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır. Hazırda terminallar "ASAN xidmət"in Bakının Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən bəzi mərkəzlərində quraşdırılıb. Bundan başqa, vətəndaşlar hazırda bank kartlarından istifadə etməklə "ASAN Ödəniş" (asanpay.az) portalının köməkliyilə ödənişlər həyat keçirə bilirlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












