Sürücü qadınlar üçün özəl PARKİNQ - Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?

Çin və Cənubi Koreyada qadınlar üçün özəl parklanma zonaları yaradılıb. Əsasən daha geniş və yolağzı yerlərdə parklanmaların yaradılmasının səbəbi odur ki, qadınlar maşın parklamada daim çətinlik çəkdiklərinə, dar yerdə manevr edə bilmədiklərinə görə buna ehtiyac duyulub.Digər sahələrdən 80 sm daha geniş olan bu məkanlarda hər iki tərəfdən avtomobillərin qapıları rahat açılacaq şəkildə dizayn edilir. Bu cür parklanma yerləri yaxşı işıqlandırılır, kameralarla nəzarət olunur, giriş-çıxışa yaxın olur. Bu, xüsusilə gec saatlarda qadın sürücülər üçün rahatlıq yaradır. Bu jest qadınların hər nə qədər ürəyincə olsa da, kişiləri qəzəbləndirib. Qadınların rahatlığı və təhlükəsizlik baxımından edilən bu təşəbbüs kişilərə gender bərabərsizliyi kimi görünüb. Onlar bunu texniki problemin həlli kimi deyil, sosial ayrı-seçkilik olaraq qəbul edir. Bildirirlər ki, əgər məqsəd təhlükəsizlikdirsə, onda bu cür yerlər təkcə qadınlar üçün deyil, yaşlı sürücülər, maşın sürməyə yeni başlayanlar və nisbətən əlilliyi olanlar üçün də açılsın.
Qeyd edək ki, indiyədək Almaniyada belə parklanma yeri açılmışdı. Çəhrayı cizgilərlə əhatələnmiş ərazi o vaxt da müzakirə mövzusu olmuşdu. Belə zonaların yaradılması “qadınlar maşını yaxşı sürə bilmir” kimi stereotipin güclənməsinə səbəb olmuşdu Koreyada isə kişilər bir yana bəzi qadın hüquqları müdafiəçiləri də bu addımı seksist hesab edirlər. Azərbaycan da kifayət qədər qadın sürücülərin oduğunu və getdikcə saylarının daha da artdığını nəzərə alsaq, belə parklanmalara ehtiyac duyulduğunu düşünmək olar.
Bəs paytaxda qadınlara özəl parklanma zonaları açmaq üçün kifayət qədər yer varmı?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bizim.Media"ya açıqlama verən nəqliyyat üzrə ekspert Oqtay Nağıyev bildirib ki, Bakı kimi dar küçəli, dolu bir şəhərin küçələrində belə geniş ərazilərin salınması mümkün görünmür:
“Ən azından bunu köhnə Bakıda etmək olmaz. Paytaxtın yeni salınmış və genişləndirilmiş yerlərində isə tədricən həyata keçirmək mümkündür. Bu tip park yerlərini ilk olaraq elə özəl şirkətlərin geniş qarajlarında, böyük ticarət mərkəzlərinin ətrafında, iri idman komplekslərinin həyətində salmaq olar”.
Ekspert qeyd edib ki, bunun üçün yerli bələdiyyələr təşəbbüslə çıxış etməli və müstəqil qurumlar könüllü addım atmalıdırlar ki, sonrakı mərhələdə qanunvericiliklə tənzimlənsin.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










