Sürücülər bu xəbərə mütləq baxsın - Qaydalar dəyişdi - VİDEO

Yol patrul xidməti haqqında təlimata dəyişiklik edilib. Dəyişikliklər inzibati xətalar məcəlləsində mövcud olan qaydalara uyğunlaşdırılıb. Söhbət hansısa qayda pozuntularına görə mübahisəli məsələlər haqqında çıxarılan qərarla bağlıdır. Qaydalara əsasən belə protokollara baxılan zaman sürücülərin bölməyə məhz polis tərəfindən çağırılıb-çağırılmaması ilə bağlıdır.
Sürücülər polis çağırmalıdır deyir. Qanun isə qadağan edir. Söhbət yol hərəkəti ilə bağlı qayda pozuntuları zamanı sürücülərin şikayətinə baxılması prosedurundan gedir. Bəziləri elə bilir ki, mübahisəli məsələlərlə bağlı qərar çıxarılan zaman sürücü mütləq səlahiyyətli şəxs tərəfindən bölməyə dəvət edilməlidir
Amma ''Yol patrul xidməti haqqında'' təlimatda edilən dəyişikliklər bunun əksini göstərir. Təlimatdakı yeniliklər inzibati xətalar məcəlləsindəki dəyişiklilərə uyğunlaşdırılıb. Yol hərəkəti qaydasını pozan şəxs bununla razılaşmırsa, yaxud da yol polisindən şikayəti varsa inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilir.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılması qadağandır. Əvvəllər sürücülər razılaşmadıqları halda mobil telefon, yaxud da məktub vasitəsilə polisə çağırılırdı. Bununla belə sürücünün işinə baxılan zaman çağırılmaması onun prosesdə iştirak hüququnu qadağan etmir
Qayda pozuntusuna baxılmaqla bağlı məlumatlar sürücüyə təqdim edilmiş protokolda öz əksini tapır. Amma bəzən mübahisələr zamanı sürücülər protokolu imzalamaqdan imtina edir. Belə olan halda oradakı məlumatlara nəzər yetirmirlər.
Xəzərxəbər
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












