Sürücülər bu yazını mütləq oxusun - Ustadan XƏBƏRDARLIQ

Yay aylarında avtomobil sahiblərinin diqqətli olması vacibdir. Günəşin təkcə insan sağlamlığına deyil, texniki avadanlıqlara, xüsusilə də avtomobillərə təsiri düşündüyümüzdən daha çoxdur. Havanın temperaturu artdıqca, avtomobillər də bu dəyişiklikdən mənfi şəkildə təsirlənir.
Bəs günəş işığının maşınlara nə kimi ziyanı dəyə bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirdi ki, günəşin avtomobillərə vurduğu bir çox ziyanlar var:
"Günəş şüası nəticəsində avtomobilin boyası solur, maşın matlaşır. Eyni zamanda avtomobil salonunun dəri və plastiki qopur və çatlayır. Monitor, kamera, maqnitola qızıb sıradan çıxır. Ən əsası təkərlərin təzyiqi artır və akkumulyator zəifləyir".

Ustanın sözlərinə görə, isti havada maşının içində partlaya və ya alova səbəb ola biləcək əşyalar da var:
"Dezodorant və sprey flakonları günəşdə təzyiq yığılıb partlaya bilər. Poverbank və batareyalar qızıb alışa bilər. Yandıran günəşdə alovlana bilər. Plastik şüşələrdə su gün işığıyla bəzən linza effekti yaradıb oturacağı belə yandıra bilər. Telefon və digər elektronik cihazlar şişib sıradan çıxa bilər".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












