Sürücülər bunları mütləq bilməlidir – Yanvardan cərimə olacaq - VİDEO

Xəbər verdiyimiz kimi, yanvar ayından avtomobilində tibb çantası olmayan sürücülər cərimələnəcək. Bəs tibb çantası olan sürücülər qəzada xəsarət alan sərnişinə və ya piyadaya ilkin tibbi yardım göstərə bilirlərmi?
Hər bir sürücü avtomobilində olan tibb çantasındakı ləvazimatlardan istifadə etməyi bacarmalıdır. Hətta süni nəfəs verməyi belə bilməlidir. Yəni avtomobilə tibb çantası qoymaq kifayət deyil.
Görünən odur ki, bir çox sürücü həkimə qədər tibbi yardımı kor təbi bacarır. Əslində qəza zamanı xəsarət almış şəxsin bədənində qanaxma varsa ilk olaraq həmin damar müəyyən edilməlidir. Əgər qan al qırmızıdırsa, deməli, arteryal damar kəsilib və qan axan hissədən təxminən 5-10 sm yuxarıdan rezinlə bağlamaq lazımdır. Venoz damar kəsiləndə isə tünd qırmızı qan axır və ona pambıqla tampon qoymaqla ilkin yardım etmək olar.
Sınıq və travmalara gəldikdə isə bu cür xəsarət alanları təcili yardım avtomobili gələnə qədər tərpətməməklə düz yerdə saxlamaq lazımdır. Ekspertlər qeyd edir ki, sürücülük vəsiqəsi üçün imtahandan keçənlər bu məlumatları bilməlidir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












