Sürücülər diqqətli olun! – Qaş düzəldərkən göz çıxarmayın - VİDEO

Xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışdan keçrilmə müddətinin başa çatmasına 15 gün qalır. Artıq bir çox sürücü avtomobilini texniki baxışdan keçirib. Ancaq bəzi sürücülər texniki baxışdan keçərkən müəyyən problemlərlə qarşılaşdıqlarını iddia edirlər. Məsələni bütün tərəflərin iştirakı ilə araşdırdıq.
Bəzi sürücülər avtomobili texniki baxışdan keçirərkən onlardan əlavə pul tələb olunduğunu iddia edirlər. İlin əvvəlində avtomobilin mühərrikinin həcminə görə alınan yol vergisi ləğv edildiyindən texniki baxışa görə alınan rüsum 20 manat olaraq müəyyənləşdirilmişdi. Amma sürücülər iddia edirlər ki, buna əməl edilmir və sürücülərdən əlavə ödəniş tələb olunur. Əlavə ödənişə səbəb kimi isə avtomobildə olan nasazlıq göstərilir. Bəs avtomobildə nasazlıq varsa, qanuni prosedur nədən ibarətdir?
Amma bəzi sürücülər avtomobilində olan nasazlığı aradan qaldırmaq əvəzinə əlavə pul verərək, işlərinin həll olunduğunu zənn edirlər. Avtomobildə olan nasazlığın gələcəkdə böyük bir hadisənin baş verməsinə səbəb olmayacağına isə heç kim zəmanət verə bilməz.
Məsələ ilə bağlı Baş Dövlət yol polis idarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, əgər avtomobilində nasazlıq olmayan sürücüdən texniki baxış yerində əlavə pul tələb edilərsə, həmin sürücü Baş Dövlət yol polis idarəsinə müraciət etsin.
Qeyd edək ki, sürücülər avtomobilin mühərrikinin həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş etməlidir. Bu rüsumun məbləği nasaz olmayan avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular üçün isə 10 manatdır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












