Sürücülər, diqqətli olun! – Zolaq məsələsi - VİDEO

I Avropa Oyunları günlərində yollarda qoyulmuş bəzi məhdudiyyətlər hələ də qüvvədədir. Bəzi sürücülər düşünürlər ki, təntənəli bağlanış mərasimindən sonra oyunlar zolağına daxil olmaq olar. Amma yol polisi belə sürücülərə xəbərdarlıq edir. Əgər müşahidə kamerası və ərazidə xidmət aparan polis tərəfindən belə sürücü aşkarlanarsa, dərhal cərimələnəcək.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məhdudiyyətin aradan qaldırılmamasının səbəbini də açıqladı. Onun sözlərinə görə, məqsəd paytaxta gələn qonaqlar tarixi abidələr və mədəniyyət ocaqları ilə tanış olarkən onların təhlükəsiz hərəkətlərinə şərait yaratmaqdır.
Əgər oyunlar zolağı qüvvədən düşərsə, həmin yol nişanı ya ərazidən götürüləcək, ya dakı üstü bağlanacaq. Avropa Oyunları üçün çəkilmiş zolaqların ümumiyyətlə qüvvədə qalması, yəni operativ nəqliyyat vasitələrinə verilməsinə gəldikdə isə, hazırda bu məsələ müzakirə edilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












