Sürücülər şok oldu – Parkinq üçün pul alıb cərimə də yazdılar - VİDEO

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt ərazisində quraşdırılan parkomatlarla bağlı gülməli və ağlamalı hadisələr davam etməkdədir. Belə hallardan biri də sosial şəbəkələrdə yayılan videoda əksini tapıb. Avtosfer.az-ın məlumatına görə, həmin videodan məlum olur ki, parkomat olan ərazidə dayanan avtomobillərə yol polisi tərəfindən protokol yazılıb və protokollar avtomobillərin qabaq alın şüşəsində şüşəsilənin altına qoyulub. Maraqlısı budur ki, şüşəsilənin altına qoyulan protokoldan əlavə, orada həm də sürücünün parkomata pul ödədiyini təsdiq edən qəbz də var.
Sual yaranır; bura parkinqdirsə niyə DYP cərimə yazır? Parkinq deyilsə, o parkomatı ora kim qoyub? Anlayışı olmayan sürücülərə kömək məqsədilə onlardan pul alıb parkomata atan, onlara qəbz verən XTAİ işçisi orada nə gəzir?
Qəribədir ki, cəriməni yazan da dövlət qurumudur, parkinq yaradan da. Necə olur ki, Bakı şəhər İcra Hakimiyyəti parkinq yaradır, amma Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həmin parkinqdə dayanan maşınlara cərimə yazır? Bu iki qurum öz aralarında razılığa gələ bilmədikləri üçün bunun cəzasını sürücülər niyə çəkməlidir?
Zəruri bir qeydi də etmək yerinə düşər ki, parkinqdə dayanan avtomobillərə DYP-nin cərimə yazması qanunda da var. Çünki elə parkinq yerləri mövcuddur ki, orada maşın saxlamağa müəyyən saatlarda icazə verilir. Yəni, həmin vaxtdan əvvəl orada maşın saxlanıldıqda yol polisi sürücüyə cərimə yaza bilər. Lakin bu videodakı mənzərədən aydın olur ki, yol polisi cəriməni kütləvi şəkildə yazıb. Ola bilməz ki, bu sürücülərin heç bir parkinqdə dayanma ilə bağlı hansısa vaxt məhdudiyyətinin olduğunu bildirən lövhəni görməsinlər. Ya lövhə yoxdur, yol polisi də buna görə cərimə yazıb, ya da həmin ərazidə dayanma-durma qadağan olsa da, Bakı şəhər İcra Hakimiyyəti DYP ilə razılaşdırma aparmadan oranı parkinq elan edib.
Hər bir halda, iki dövlət qurumu arasındakı yarıtmaz əməkdaşlığa görə sürücüləri cərimələmək düzgün deyil. Əvvəl özünüz məsuliyyət daşıyın, sonra sürücülərdən məsuliyyət tələb edib məsuliyyətə cəlb edin!
Elməddin
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu











