Sürücülər üçün 5 manatlıq cərimə hansıdır? - VİDEO

Nəqliyyat vasitələrində tibbi çantalar niyə yoxdur? Avtosfer.az-ın ans-ə istinadən məlumatına görə, yol qəzaları zamanı ən vacib əlbəttəki insan faktorudur. Hadisələr zamanı xəsarət alan şəxslərin köməyinə hər zaman təcili tibbi yardım briqadaları çatır və onların köməyi ilə yaralı şəxslər yaxınlıqdakı tibb ocaqlarına çatdırılır. Amma buna kimi, canı hayında olan şəxslərə hər bir insan kömək edə bilər. Əlbətdə ki, maşınlarda olan dərman qutularından istifadə etməklə. Amma yol polisi ilə birgə aparılan reyd zamanı aydın oldu ki, bu dərmanlardan istifadə olunmur. Hətta bəzi sürücülər tibbi çantaların hansı məqsədlər üçün istifadə ediləcəyini belə bilmədi. Sürücülərin əksəriyyəti isə tibbi çantaların mahiyyətindən xəbərsizdir.
Sürücü Xətai Əlizadə maşınına heç vaxt tibbi çanta almadığını deyib.
Digər sürücü Tərlan Mirişli isə maşının təmir etdirdiyi üçün hazırdaa tibbi çantanın olmadığını bildirib.
Saxlanılan və sənədləri yoxlanılan maşınların böyük əksəriyyətində bu kimi problemə rast gəlmək olur. Yol polisi əməkdaşları bildirdilər ki, bəzi sürücülər heç dərman qutularının vacibliyi bir yana, onların maşında olub-olmamasını da bilmir.
DYP-nin əməkdaşı İbrahim Həsənov deyir ki, xarici maşınların əksəriyyətində tibbi çantalara rast gəlmək olur. Amma sovet maşınlarında ümumiyyətlə, yoxdur.
Nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. Həmin maddədə bu qayda pozunsuna görə, 3 manatdan 5 manatadək cərimə də nəzərdə tutular. Elə həmin qutularının satış qiyməti də təxminən həmin məbləğə yaxındır. Apteklərdə aparılan müşahidələr onu göstərdi ki, bu çantalara təlabat çox azdır.
Millət vəkili Çingiz Qənizadə bu porblemə başqa bir prizmadan yanaşmağın vacib olduğunu deyib: "Probelmin həlli üçün öncə mədəniyyəti aşılamaq lazımdır".
Hər halda qanundan da cərimədən də ən vacibi insan sağlamlığıdır. Çünki heç kim qəzadan sığortalanmayıb. Odur ki, ehtiyyatınızı əldən verməyin.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










