Sürücülər üçün vacib xəbər – Zərəri sizə ödədəcəklər - VİDEO

Ağır qəzalar zamanı avtomobillərlə yanaşı, yol təsərrüfatına da, xeyli ziyan dəyir. Bu zaman əsasən əyrixətli tirlər, işıq dirəkləri və keçidlərə ziyan dəyir. Ortaya belə bir sual çıxır: Yol təsərrüfatına vurulan ziyanı kim ödəməlidir? Əməkdaşlarımız mövzunu ekspertlərlə araşdırıb. 10 min manatdan çox zərərin qeydə alındığı bu qəza yol təsərrüfatına vurulan ziyanı bir daha aktuallaşdırır.
Yol qurğularına əsasən avtoqəza zamanı ziyan dəyir. Məlumata görə, qurğuların içində ən çox əyrixətli tirlər, işıq dirəkləri və səki daşları sıradan çıxır.
Bu məsələdə əsas problem dəymiş ziyanın kim tərəfindən ödənilməsidir. Əgər qəza zamanı yol təsərrüfatına ziyan dəyibsə, Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin iştirakı ilə akt tərtib olunmalıdır. Həmin sənəddə nəyə ziyan dəydiyi, dəymiş ziyanın həcmi və sair məsələlər öz əksini tapır.
Ekspertlərin sözlərinə görə, ziyanı sığorta şirkəti və ya avtomobil sahibi ödəməlidir. Əgər sürücü hansısa bir şirkətin avtomobilini etibarnamə əsasında idarə edirsə, belə olduqda isə ödəniş həmin şirkət tərəfindən həyata keçirilməlidir.
Məlumat üçün bildirək ki, təkcə ötən il yol təsərrüfatına 2,5 milyon manat ziyan dəyib. Bunun qarşılığında sürücülər tərəfindən 190 min manat ödənilib. Bu da təxminən 7-8 faiz deməkdir.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










