Sürücülərə həm şad, həm də bəd xəbər

Azərbaycan Milli Məclisinin (MM) dünən keçirilən iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq olunub. Avtosfer.az-ın məlumatına görə, məcəllənin təqdimatı zamanı bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan, 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə indi qüvvədə olan sənədlə müqayisədə 280-ə qədər dəyişikliyi özündə ehtiva edir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, yeni məcəllədə yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələr sərtləşdirilib və miqdarı artırılıb. Xüsusən də, sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə görə cərimələr artırılıb. Bu cərimələr gələn il mayın 1-dən tətbiq olunacaq.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












