Reklam

Sürücülərə ŞAD xəbər; avtomobillərin icbari sığortası ucuzlaşacaq

Avtoxəbər 9 Aprel 2015 18:26 Oxunub 3408
Sürücülərə ŞAD xəbər; avtomobillərin icbari sığortası ucuzlaşacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron müqavilə avtomobilin icbarı sığortasını ucuzlaşdıracaq

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı şəhadətnamələrin internetlə satışına, bu sənədin elektron formata keçirilməsinə hazırlıq gedir. Avtosfer.az-ın fins.az-a istinadən məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov məlumat verib. Onun sözlərinə görə, artıq elektron satışla bağlı qanun layihəsi hazırlanıb və müzakirə edilir. Paralel olaraq İcbari Sığorta Bürosunun informasiya sistemi aidiyyəti dövlət orqanlarınln informasiya sistemləri ilə inteqrasiya olunur: ““İcbari sığortalar  haqqında” qanunda da digər dövlət orqanları ilə  informasiya sistemlərinin inteqrasiya olunması tələbi var. Əfsuslar olsun ki, bu proses çox uzandı. Yaxın zamanlarda bu inteqrasiya baş tutmalıdır”.

Bununla da, avtomobili icbari sığorta edən zaman şəhadətnamə üçün bütün məlumatları internetdə daxil etməyə ehtiyac qalmayacaq. Yalnız sığorta olunan şəxsin PİN kodunu, avtomobilin nömrəsini və telefon nömrəsini qeyd etmək kifayət edəcək. Fiziki şəxslərin avtomobilləri ilə bağlı digər lazımi informasiyalar Daxili İşlər Nazirliyinin informasiya sistemindən, hüquqi şəxslərin avtomobilləri ilə bağlı məlumatlar isə Vergilər Nazirliyinin məlumat bazasından sistemə yüklənəcək.

 

Agentlər yanlış pinkodla sığortalıların güzəştlərini mənimsəyə bilməyəcək

 

Avtomobillərin icbari sığortasının elektron formada satışına başlanılması sistemə yanlış PİN kod yazaraq sığortalının bonus-malus güzəştərini mənimsəyən agentlərə zərbə olacaq. Belə ki, artıq  elektron müqavilələrdə bu saxtakarlıq mümkün olmayacaq. Namiq Xəlilovun sözlərinə görə, PİN kodları səhv yazmaqla sığortalının güzəştlərini mənimsəyənlərin, bunun üzərində “biznes quran” agentlərin qarşısı alınacaq. Bu da sığorta agentləri ilə bağlı problemlərin aradan qalxmasına səbəb olacaq.

 

Sığort agentlərinin qənimi - Elektron müqavilə

 

Avtomobillərin icbari sığorta şəhadətnaməsinin elektron sənəd formatına keçirilməsi bu sığortanı vətəndaşlar üçün daha da əlçatan edəcək. İnsanlar internet, mobil telefon, bankomat, ödəniş terminalı vasitəsilə icbari sığorta əldə edəcəklər. Bu isə sığorta agentlərinin işinə mənfi təsir göstərəcək. Belə ki, əvvəl agentin vasitəsilə ilə avtomobilini sığortalayan müştəri indi, ofisdən çıxmadan qarşısındakı kompüterlə avtomobilini icbari sığorta edə biləcək. Bununla bağləəı, Namiq Xəlilov sığorta agentlərinə könüllü sığorta növlərində satışları artırmağı tövsiyə edib: “Avtomobilin icbari sığortasının elektron satışlarının artması agentlərdən qazanclarının həcmini saxlamaq üçün portfellərinin şaxələndirilməsini tələb edəcək. İndidən bu barədə düşünmək lazımdır. Digər sığorta növlərində satışları qaydaya salmaq lazımdır ki, qazanclar azalmasın”.

 

Elektron müqavilə avtomobilin icbarı sığortasını ucuzlaşdıracaq

 

Avtomobilin icbari sığortasının elektron qaydada satılması həm sığortalının, həm də sığortaçının işinə yarayacaq. Belə ki, avtomobilini sığortalamaq istəyən vətəndaş artıq hansısa agent tərəfindən aldadılmadan və güzəştli şərtlərlə sığorta əldə edəcək. Sığorta şirkətinin  isə sığorta məhsulu satan agentə 15-20%-lik komisyon haqqı ödəməsinə ehtiyac qalmayacaq.

Namiq Xəlilovun sözlərinə görə, sığorta tarifinin bir hissəsi sığorta xidmətləri göstərən, şəhadətnamə yazan, məlumatları sistemə daxil edən, sığorta şirkətinə hesabat verən və s. xidmətlər göstərən sığorta agentinə verilir. Ancaq elektron satışda bu xərclər olmayacaq. Bu da avtomobililərin icbari sığortasının qiymətinə təsir göstərəcək. Artıq bu məsələ müzakirə predmetidir.

İcbari Sığorta Bürosunun şöbə müdiri Nizami Kərimov bildirib ki, elektron satış avtomobilin icbari sığortasını 10-15% ucuzlaşdır bilər. Məsələn, əvvəl avtomobilini 100 manata sığortalayan vətəndaş indi bu sığortanı 90 manata əldə edə biləcək. Bu isə avtomobilin icbari sığortasının elektron qaydada alınmasına marağı artıracaq. Prosesə bu ildən başlanacağı istisna deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh