Sürücülərə vacib xəbər - Bu nömrəyə zəng edin - VİDEO

Mütəmadi olaraq sürücülərin yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlarını eşidirik. Əksər sürücülər hesab edirlər ki, həmin məntəqələrdə avtomobillərin çəninə doldurulan yanacağı qəsdən az vururlar.Məntəqələr isə bunun mümkünsüz olduğunu deyirlər. Belə mübahisəli məsələləri aradan qaldırmaq üçün sürücülər məhz Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər.
Sürücülər yanacaqdoldurma məntəqəsində aldadığını iddia edir.
Məntəqələrin əməkdaşları isə iddialarla razılaşmır. Onlar deyir ki, yanacağın doldurulması avtomat cihazla həyata keçirilir.
Müşahidələr isə göstərir ki, sürücülərin əksəriyyəti aldadıqları zaman hara şikayət edəcəklərini bilmirlər.
Belə olan halda əsas yük prosesə nəzarət edən qurumun üzərində düşür. Belə hallara nəzarət Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Sürücülər aldadıqlarını hesab edirlərsə onda komitədə yaradılmış 963 saylı qaynar xəttə müraciət etməlidirlər.
Məntəqələrin rəhbərliyi yanacağın keyfiyyətinə və tam doldurulmasına görə məsuliyyət daşıyırlar. Əks təqdirdə müvafiq cərimələr nəzərdə tutulub.
Standartşadırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yanacaqdoldurma məntəqələrinə ildə 2 dəfə yoxlama keçirilir. Bu zaman hansısa neqativ hal aşkarlanarsa məntəqə sahiblərinə qarşı sərt tədbirlər görülür. Komitənin bu xidmətini sınaqdan keçirdik. şənbə günü saat 18:00 radələri olsa da qaynar xəttə edilən zəngə cavab verilmədir. Komitə sözçüsü Fazil Talıblı bunu iş günü olmaması ilə əsaslandırdı. Yəni bu nömrə adı kimi qaynar deyil.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










