Sürücülərə vacib xəbər: Sürət rejiminə nəzarət sərtləşdirilir

Son vaxtlar yollarda radarların tətbiqi ilə bağlı məsələlər ətrafında müzakirələr yenidən aktuallaşıb. Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, ölkəmizin yollarında sürətlə bağlı problemlər var. Ona görə də sürət rejiminə nəzarətin daha səmərəli edilməsi zəruridir. Bunun üçün yeni yanaşmalar da vacibdir. Belə yeni yanaşma Azərbaycan Respublikasının növbəti 10 il üçün Yol Hərəkəti təhlükəsizliyi Strategiyasında və həmin Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramında yer almaqdadır. Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, hazırda layihəsi müzakirə edilən və yaxın gələcəkdə təsdiqlənəcəyi gözlənilən Dövlət Proqramının “Sürət həddinə riayət edilməsinə nəzarət tədbirlərinin gücləndirilməsi” adlanan 4.1-ci bəndində bu istiqamətdə görüləcək tədbirlər sadalanır. Həmin tədbirləri layihədə olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:
- Şəhərlərdə və yüksək riskli yol qovşaqlarında stasionar təhlükəsizlik kameralarının və sürətə nəzarət cihazlarının sayının artırılması;
- Bütün yol boyu yüksək riskli yol hissələrində nəzarət prinsipi ilə işləyən və məsafədən orta sürəti hesablayan kameraların quraşdırılması və qanunvericiliklə tənzimlənməsi;
- Mobil sürətölçən kameralardan istifadə edilməsi;
- Yüksək riskli ərazilərdə hərəkət sürətinin texniki vasitələrlə məcburi şəkildə azaldılması üzrə tədbirlərin görülməsi.
Hörmətli sürücülər, bu tədbirlərə indidən hazırlaşın. Burada heç bir problem yoxdur. Sadəcə, bir qədər intizamlı, diqqətli və səbirli olmaq lazımdır. Yalançı tələsməklə özünüzü və başqalarını işə salmayın. Oturub dərindən düşünsək, bizə aydın olacaq ki, ümumiyyətlə, bu ölkədə tələsən adam yoxdur...
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










