Sürücüləri çaşdıran və tıxaca səbəb olan svetofor - FOTOLAR

Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində maraqlı svetofor var. Bir neçə oxucunun Avtosfer.az-a müraciətindən sonra həmin svetoforun iş rejimi ilə yerində tanış olduq və bu svetoforun Hüseyn Cavid prospektində hər iki istiqamət üçün qoyulan siqnallarında ciddi qüsur aşkar etdik. Özü də bunlar sadə qüsurlar deyil. Həmin qüsurlar sürücüləri çaşdırmaqla yanaşı, bu yolayrıcında tıxac və ləngimələrə də səbəb ola bilər.
Birinci qüsur bu yolayrıcında Hüseyn Cavid prospektində «Elmlər Akademiyası» metrostansiyası istiqamətində gələn tərəfə qoyulmuş svetofordadır. Bu svetoforun yuxarısında normal ölçülü əsas siqnallar, svetofor dayağının ortasında isə kiçik ölçülü siqnallar var. Yuxarıdakı əsas yaşıl işıq bölməsi düzünə ox formasındadır. Bu o deməkdir ki, həmin bölmə üzrə yalnız düzünə hərəkət etmək olar, digər istiqamət üçün isə əlavə yaşıl işıq bölməsi var. Lakin dayağın ortasındakı yaşıl işıq ox formasında deyil. Sürücüləri çaşdıran da elə budur. Çünki “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin 5-ci hissəsinin tələbinə əsasən, svetoforda əlavə yaşıl işıq bölməsi varsa, mütləq əsas yaşıl işıq ox (oxlar) formasında olmalıdır. Bu svetoforda ortadakı yaşıl işıqda oxları görməyən sürücü çaşaraq elə başa düşə bilər ki, həmin yaşıl işıq yandıqda bu yolayrıcında icazə verilən bütün istiqamətlərdə hərəkət etmək olar. Bu qüsüru aradan qaldırmaq üçün svetofor dayağının ortasındakı işıq bölmələri ya tam lıəğv edilməlidir, ya da oradakı yaşıl işıq da ox formasında olmalıdır.
İkinci qüsur isə H.Cavid prospektində hər iki istiqamətdə svetoforun iş rejimi ilə bağlıdır. Belə ki, bu yolayrıcında H.Cavid prospektində hər iki istiqamət üzrə yalnız sağa və düzünə hərəkətə icazə verilir. Svetoforun yaşıl işığı elə rejimə qoyulub ki, əsas yaşıl işıqda yalnız düzünə, əlavə yaşıl işıqda isə yalnız sağa hərəkətə icazə verilir. Belə rejimin heç bir məntiqi yoxdur və həmin yolayrıcındakı hərəkət rejiminə və hərəkət sxeminə uyğun deyil. Məsələ burasındadıır ki, o yolayrıcında sağa və düzünə hərəkət edən nəqliyyat vasitələri heç bir başqa istiqamətdən hərəkət edən nəqliyyat vasitələri ilə konflikt yaratmırlar. Yəni H.Cavid prospektində hər iki istiqamətdə düzünə və sağa gedən avtomobillər heç kəsə maneə olmurlar. Amma svetoforun hazırki iş rejimində sağa hərəkətə icazə veriləndə düzünə hərəkət etmək istəyənlər, düzünə hərəkətə icazə veriləndə isə sağa hərəkət etmək istəyənlər havayı yerə dayanıb gözləyirlər, baxmayaraq ki, həmin vaxt onların yolu tam boş olur. Nəticədə həmin yolayrıcında nəqliyyat vasitələrinin keçməsi ləngiyir, bu isə potensial tıxac deməkdir. Həmin qüsuru aradan qaldırmaq üçün ya əlavə yaşıl işıq bölməsini və əsas yaşıl işıqdan oxu yığışdırmaq lazımdır, ya da əsas yaşıl işıq yanan müddətdə əlavə yaşıl işıq da yanmalıdır. İkinci variant tətbiq olunsa, hətta Haqverdiyev küçəsində sola dönmə əlavə yaşıl işıq bölməsi yanarkən də H.Cavid prospektində sağa hərəkətə icazə verən əlavə bölməni yandırmaq olar. Bunun nəticəsində həmin yolayrıcını keçmə xeyli sadələşər və orada ləngimə və tıxac minimuma enər.
Ümid edirik yaxın zamanda bu qüsurlar aradan qaldırılacaq.
Əlavə olunan fotolardan hər şeyi aydın görmək olar.
Nurlan
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO













