Sürücüləri şoka salan qanunsuz nişanla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı qəribə nişanla bağlı açıqlama verdi.
Dünən avtosfer.az saytında oxuculardan birinin göndərdiyi video yerləşdirilmişdi. Videoda Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda bir dirəkdə üst-üstə iki yol nişanının olduğu göstərilir. Əsl nişanda sürət həddi 110 km/saat göstərilir. Lakin sonradan yararsız bir yol nişanı simlə əsl nişanın üstünə bərkidilib. İkinci nişanda sürət həddi 90 km/saat göstərilir. Nişandan bir qədər irəlidə isə radar var.
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev avtosfer.az saytı ilə əlaqə saxlayaraq, sürücülərin narahatlığına səbəb olan müvafiq məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin nişanı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qanunsuz olaraq quraşdırıb: “Həmin sıradan çıxmış nişan primitiv üsullarla daimi nişanın üzərinə bərkidilib. Orada təmir işləri aparıldığına bu üsula əl atıblar. Məsələ ilə bağlı məlumat yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsi həmin problemi aradan qaldırıb”.
Kamran Əliyev onu da qeyd edib ki, daimi nişanın üzərinə sürət həddi 90 km/saat göstərilən əlavə nişan quraşdırılsa da, heç bir sürücü orda radara düşə bilməz. Çünki ordakı radar 110 km/saat-dan yuxarı sürət həddini qeydə alır.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










