Sürücülərin diqqətinə! - SEZONA HAZIR OLUN

Artıq maşınlara yay fəslinə uyğun qulluq göstərmək zamanı çatıb. Bu işdə gecikmək olmaz. Axı avtomobilə düzgün və müasir xidmət onun istifadə müddətində də özünü göstərəcək.
Avtosfer.az day.az-a istinadən bildirir ki, yay aylarında insanların çoxu şəhər həyatından uzaqlaşaraq təbiət qoynuna can atır. Çoxları uzun səyahətləri də sevir. Ancaq maşın hər zaman bu yükə hazır olmaya bilər. Bu səbəbdən də çətinliklər yaratması mümkündür.
Yay aylarında təkərlərdəki havanın təzyiqinə diqqət yetirmək gərəkdir. Yaz-yay aylarında həmin təzyiqin 2.0 və ya 2.1 bar olması tövsiyə edilir. Təkərlərin tez aşınmasının qarşısını almaq üçün isə yerləri dəyişilməlidir.
Yay fəslində avtomobilin rahat işləməsi üçün mühərrikin və sürət qutusunun yağını, əyləc mayesini, soyutma sisteminin mayesini dəyişmək gərəkdir.
Mühərriki də nəzərdən keçirmək lazımdır. Mühərriki yumaq tövsiyə edilmir. Onu yalnız quru dəsmal ilə yaxşıca silmək olar. Bundan başqa, akkumulyator qış fəsli ərzində gərgin işləyir. Ona da qulluq tələb olunur. Yenidən enerjiyə qoymaq və distillə edilmiş su əlavə etmək lazımdır.
Amortizatorların, sükan mexanizminin və əyləc borularının nəzərdən keçirilməsi vacibdir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












