Sürücülərin diqqətinə: texniki baxışda bu sənəd ləğv olunur

Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaqlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən trend-ə verilən məlumatına görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs indiyə qədər təqdim etdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur.
Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinə qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir










