Sürücülərin görmədiyi yol nişanlarına da növbə çatdı

Bakıda küçələrin kənarlarında olan yol nişanlarının, eləcə də işıqforların görünməsinə maneə yaradan ağacların budaqlarının budanmasına və təmizlənməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkiləri Mühafizəsi Stansiyasının rəisi Əli Ağayev trend-ə bildirib ki, bu işlər Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti əsasında aparılır. Ə.Ağayev deyib ki, hazırda Bakıda 57 ünvanda işarələrin, işıqforların görünməsində maneələr var. Bu ünvanlar daha çox Bakının mərkəzi - Nəsimi, Səbail, Nərimanov rayonlarındadır.
Stansiyanın rəisi belə ünvanların hətta şəhərə bitişik kəndlərdə də olduğunu söyləyib. Onun sözlərinə görə, yol nışanlarının, eləcə də işıqforların görünməsində yaranan çətinlikləri qısa müddət ərzində aradan qaldırmaq istəsələr də, bəzi maneələr ortaya çıxır. Əsas problem isə həmin nişanların altında maşınların dayanması ilə bağlıdr: “Biz məcburuq ki, həmin maşın götürülsün, ondan sonra işimizi görək. Amma bəzən buna görə günlərlə vaxt itiririk. Belə maneələr olmasa, işimizi daha qısa zaman ərzində yekunlaşdıra bilərik. Bu işi görmək üçün maşın sahiblərinə bir-bir xəbərdarlıq etməyimiz də qeyri-mümkündür. Həmin yerlərdə dayanma-durmanın qadağan olduğunu göstərən işarələr var. Lakin bu işarəyə əməl etməyənlər də var. Bu işarəyə əməl etməyənlər bizim xəbərdarlığımıza da əməl etməz”.
Ə.Ağayev əlavə edib ki, budama işlərinin gələn həftənin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













