Sürücülərin nəzərinə - Parkinq icazələri üçün nələr gərəkdir? - VİDEO

Birinci Avropa Oyunları zamanı yarış obyektlərinə yaxın ərazilərdə parkinqlə bağlı yeni qaydalar tətbiq ediləcək. Həmin obyektlərin yaxınlığında yaşayanlar yalnız xüsusi zonalarda öz avtomobillərini saxlaya biləcəklər. Bunun üçün isə icazə sənədi olmalıdır. İcazə kağızlarını almaq üçün 11 gün zamanınız var.
Avropa Oyunlarının keçiriləcəyi arenalara yaxın ərazilərdə yeni parkinq nəzarət qaydaları tətbiq ediləcək. Nəqliyyat vasitələrinin parkinq icazələri artıq mayın 15-dən etibarən Mənzil İstismar İdarələrinə paylanılıb
Parkinq icazələrini mayın 31-dək almaq lazımdır. Bu zonaların yaradılması yarış obyektləri ətrafında, eləcə də həmin obyektlərə aparan yollarda yaşana biləcək sıxlığın qarşısının alınmasıdır.
Bu zonaya daxil olan ərazilərdə fəaliyyət göstərən şirkət əməkdaşları üçün parkinq üçün xüsusi yer ayrılmayıbsa, onların işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər avtomobillərini qanuni qaydada dayanacaqlarda saxlaya bilərlər. Yəni parkinqə nəzarət zonaları istisnadır. Vətəndaşlar parkinqə nəzarət zonaları haqqında yaxınlıqdakı mənzil istismar sahələrindən məlumat ala bilərlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












