Reklam

Sürücülərin nəzərinə: Qanunda vacib dəyişikliklər edilib

Avtoxəbər 23 Avqust 2015 11:07 Oxunub 2788
Sürücülərin nəzərinə: Qanunda vacib dəyişikliklər edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1. 1.0.6-cı maddədə “təminatlı” sözü çıxarılsın.

Avtomobillər dövlətin yaratdığı texniki-təmir sexlərində yoxlanılacaq, sərnişin və yük daşınmasına görə lisenziya alınacaq

 

Milli Məclisin “Avtomobil nəqliyyatı haqqında” Qanunda etdiyi dəyişikliklər qüvvəyə minib. Avtosfer.az xəbər verir ki, dəyişiklik və əlavələr bir sıra əhəmiyyətli məsələləri əhat edir. Bunların arasında avto-nəqliyyat vasitələrinə texniki təmir sahələrinin yaradılması xüsusi ilə diqqət çəkir.

 

Qanunda edilmiş dəyişiklik və əlavələri təqdim edirik:

1. 1.0.6-cı maddədə “təminatlı” sözü çıxarılsın.

2. 6.5-ci maddədə “təminatlı” sözü çıxarılsın, “stansiyalarının” sözündən sonra “(sahələrinin)” sözü və “yaxud” sözündən sonra “təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə” sözləri əlavə edilsin.

3. 7-ci maddə üzrə:

3.1. 7.1-ci maddədə “şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm” sözləri çıxarılsın;

3.2. 7.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Pasportun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.”.

4. Aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair tələblər

7-1.1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır.

7-1.2. Göstərilmiş texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.

7-1.3. Texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir.

7-1.4. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir.

7-1.5. Texniki-təmir stansiyalarında (sahələrində) çalışan şəxslər həmin stansiyalar (sahələr) tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

7-1.6. Texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

7-1.7. Texniki-təmir stansiyaları (sahələri) tərəfindən bu qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.”.

5. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

6. aşağıdakı məzmunda 9.3-cü maddə əlavə edilsin:

“9.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.

7. 13.3.1-ci maddədə “(rayondaxili)” sözündən sonra, 13.3.2-ci maddədə “(rayonlararası)” sözündən sonra və 13.3.3-cü maddədə “beynəlxalq” sözündən sonra “müntəzəm” sözü əlavə edilsin.

8. 14-cü maddə üzrə:

8.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın və xüsusi razılığın (lisenziyanın) şərtləri”;

8.2. 14.1-ci maddə (14.1.1-14.1.4-cü maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

“14.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtləri aşağıdakılardır:”;

8.3. aşağıdakı məzmunda 14.1-1-ci maddə əlavə edilsin:

“14.1-1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) şərtləri aşağıdakılardır:

14.1-1.1. müvafiq icra hakimiyyəti orqanının avtomobil nəqliyyatı ilə sərnişinlərin, baqajın və yüklərin daşınmasına dair müəyyən etdiyi qaydalara riayət edilməsi;

14.1-1.2. avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması;

14.1-1.3. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl olunması;

14.1-1.4. avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə əməl olunması;

14.1-1.5. ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin, habelə beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçmələri.”.

8.4. 14.2.7-ci maddədə “sərnişin avtonəqliyyat vasitələrinin,” sözlərindən sonra “o cümlədən taksi minik avtomobillərinin,” sözləri əlavə edilsin.

8.5. 14.2.9-cu maddədə “lisenziya almaq üçün” sözləri “lisenziyalaşdırmaya təqdim edilmiş hər bir avtonəqliyyat vasitəsi üçün” sözləri ilə əvəz edilsin.

9. 15-ci maddə üzrə:

9.1. 15.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Avtonəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqları əsasında istifadə edildikdə, lisenziya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətindən artıq olmamaqla, icarə müqaviləsinin yaxud digər əşya hüquqlarının qüvvədə olma müddəti ilə müəyyən edilir.”;

9.2. 15.4-cü maddənin üçüncü cümləsində “və nəticəsi barədə müraciət edən şəxsə yazılı formada bildirilir” sözləri çıxarılsın və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə hər bir avtonəqliyyat vasitəsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim olunur.”.

10. aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:

“Maddə 15-1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinin dayandırılması və ya ləğv edilməsi

15-1.1. Müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsini aşağıdakı hallarda dayandırır:

15-1.1.1. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən müvafiq ərizə təqdim edildikdə;

15-1.1.2. lisenziya almış hüquqi şəxsin və ya fərdi sahibkarın fəaliyyəti dayandırıldıqda;

15-1.1.3. hüquqi şəxs və ya fərdi sahibkar bu qanunun 14.1-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi razılığın (lisenziyanın) şərtlərini pozduğuna görə il ərzində azı beş dəfə inzibati məsuliyyətə cəlb edildikdə.

15-1.2. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir. Lisenziyanın qüvvəsinin dayandırılması müddəti lisenziyanın qüvvədə olma müddətinə təsir etmir.

15-1.3. Lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın qüvvəsi lisenziya almış hüquqi şəxsin və ya fərdi sahibkarın müraciətinə əsasən bərpa edilir. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir.

15-1.4. Müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığı (lisenziyanı) aşağıdakı hallarda ləğv edir:

15-1.4.1. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən müvafiq ərizə təqdim edildikdə;

15-1.4.2. məhkəmənin müvafiq qərarı olduqda;

15-1.4.3. lisenziya almış hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkar vəfat etdikdə;

15-1.4.4. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

15-1.4.5. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkarın müflisləşməsi faktı “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edildikdə.

15-1.5. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir.

15-1.6. Hüquqi şəxs və ya fərdi sahibkar bu qanunun 15-1-ci maddəsinə əsasən qəbul edilmiş qərarlardan inzibati və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.”.

11. aşağıdakı məzmunda 21-1-ci maddə əlavə edilsin:

“Maddə 21-1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları

21-1.1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla), sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilir.

21-1.2. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.

21-1.3. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:

21-1.3.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;

21-1.3.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək.

 

21-1.4. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə sərnişinlərin və baqajın daşınmasına dair təsdiq edilən qaydalarla müəyyən edilir.”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh