Deputatdan əlil və yaşlı sürücülərlə bağlı maraqlı TƏKLİF - Onlar daha az pul ödəməlidir

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı tələb olunan dövlət rüsumlarına yenidən baxılmalıdır. Avtosfer.az xəbər verir ki, bu təklif Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxış edib. O bildirib ki, hazırda sürücülük vəsiqəsinin etibarlılıq müddəti ilə bağlı "Yol hərəkəti haqqında" qanunun 34-cü maddəsində məlumat qeyd olunub. Həmin məlumata görə müddətlər aşağıdakı kimidir:
1) 60 yaşına çatmamış şəxslər üçün - 10 il
2) 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət
3) 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il
4) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət: “Bütün hallarda vəsiqə dəyişdirilən zaman 30 manat rüsum tələb olunur. Yuxarıdakı müddəlara görə, əlilliyi olan şəxslər hər 2 ildən bir sağlamlıq arayışı təqdim etməklə vəsiqəni dəyişməlidir. Lakin burada biz görürük ki, 10 ildən bir dəyişənlər üçün də rüsum eynidir, 2 ildən bir dəyişənlər üçün də. Həmçinin, əlilliyi olan şəxslər hər 2 ildən bir sağlamlıq haqqında arayışı alan zaman da rüsum ödəyirlər. Yəni onlar ikiqat xərcə düşürlər. Bu məsələ əlillərdə haqlı narazılığa səbəb olur.
Deputat Vüqar İskəndərov bildirir ki, Qarabağ qaziləri ilə görüşdə onlar bu məsələni diqqətə çatdırıblar: "Onların haqlı narazılığı nəzərə alınaraq bu məsələnin Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Hesab edirəm ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik etməklə bu məsələni balanslaşdırmaq olar. Əlil vətəndaşlar, o cümədən də Qarabağ əlilləri bu proses zamanı simvolik bir məbləğ ödəməlidirlər ki, ortadakı balans pozulmasın. Hər bir halda nəzərə almaq lazımdır ki, əlil vətəndaşlar daha az qazanc əldə edirlər və onların əlilliyi ilə bağlı iş göstəriciləri o qədər də yüksək olmur. Belə olan halda onların 2 ildən bir rüsum ödəmklə sağlamlıq haqqında arayış almaları və vəsiqəni dəyişdirmələri uyğunsuzluqdur. Hesab edirəm ki, parlamentdə bu məsələyə yenidən baxıla bilər" - deyə Vüqar İskəndərov bildirib.
Emin
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA










