Sürücülük vəsiqəsi yoxdur; 5 ildir Şirvandan Bakıya taksi sürür - FOTO

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edən şəxs həbs olunub. Avtosfer.az-ın məlumatına görə, hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkən Fərzəliyev Ruslan Sədrəddin oğlu Sabirabad rayonunda anadan olub. Rəsmi olaraq işsiz kimi özünü təqdim etsə də, düz 5 ildir Şirvan-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. Amma onun sürücülük vəsiqəsi yoxdur.
25 yaşlı Ruslan Fərzəliyev evlidir. Özünün dediyinə görə, indiyə qədər 2 dəfə yol polisində imtahan verərək sürücülük vəsiqəsi almaq istəyib. Lakin imtahandan keçə bilmədiyi üçün qərara alıb ki, elə sürücülük vəsiqəsi olmadan da maşın sürə bilər: «Artıq 5 ildir Şirvandan Bakıya müştəri daşıyıram. Hamı elə bilir ki, sürücülük vəsiqəm var. Çünki 5 ildə heç vaxt qayda pozmamışam, heç vaxt da yol polisi məni saxlamayıb, cəriməm olmayıb».
Amma mayın 8-də Şıx çimərliyinin yanından keçəndə DYP əməkdaşları Ruslana «saxla» işarəsi veriblər. Lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışıb. Bir qədər sonra isə DYP-nin Qaradağ postunda saxlanılan Ruslan Fərzəliyev məhkəməyə aparılıb və onun barəsində 20 gün inzibati həbs qərarı çıxarılıb. Artıq 10 gündür həbs cəzası çəkən Ruslan Avtosfer.az-ın əməkdaşının sualına cavab olaraq bildirib ki, cəzasını çəkib çıxandan sonra yenə də vəsiqə olmadan avtomobil sürəcək.
Elməddin
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO











