Sürücülük vəsiqəsini dəyişənlər və etibarnamə istəyənlərə vacib xəbər – "ASAN"a gəlin - FOTO

«Səyyar ASAN xidmət» eyni vaxtda 10 regionda xidmət göstərir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, "Səyyar ASAN xidmət"in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı 10 regionda əhaliyə xidmətlər göstərir: Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab, Neftçala.
Xatırladaq ki, "Səyyar ASAN xidmət" 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da "Səyyar ASAN xidmət"in ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, "Səyyar ASAN xidmət"in 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qeyd edək ki, bugünədək "Səyyar ASAN xidmət" vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib. "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı

















