Sürücüsüz avtomobil

İspaniyanın Qalisiya vilayətinin Viqo şəhərindən yola çıxan avtomobil Madridə qədər olan 600 kilometrlik məsafəni sürücüsüz qət edib. Avtosfer.az azertac-a istinadən xəbər verir ki, "PSA Peugeot Citröen" şirkətinin Qalisiyadakı zavodunda istehsal olunmuş avtomobilin sərnişini isə vilayətin rəhbəri Alberto Nunyes Feyxoo olub. Bu avtomobilə marşrut daxil olunduqdan sonra yol boyu o özünü tam müstəqil şəkildə idarə edir. GPS sisteminə bağlanan xüsusi proqram avtomobilin yollarda icazə verilən sürət limitini aşmadan nəzərdə tutulmuş məkana çatmasını təmin edir. Ön və arxa tərəfində qurulmuş xüsusi radarlar isə onun digər avtomobillərlə düzgün məsafə saxlamasına xidmət edir.
Bu yeni avtopilot sisteminin yaradıcıları hesab edirlər ki, 2020-ci ildə İspaniya yollarında belə avtomobillərin hərəkəti adi hal olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












