Taksi sürücülərunə BƏD XƏBƏR - Sentyabrın 15-dən...

Bakıda qanunsuz taksilər tamamilə yığışdırılacaq. Avtosfer.az bakuws-ə istinadən xəbər verir ki, sentyabrın 15-dən etibarən paytaxtda fəaliyyət göstərən taksilərin xidməti ciddi araşdırılacaq. Araşdırmalar zamanı sürücülərin taksi fəaliyyətilə məşğul olmaq üçün lisenziyalarının olub-olmaması müəyyənləşdiriləcək. Taksi fəaliyyəti üçün lisenziyası olmayan sürücülərin maşınları dərhal cərimə meydançasına aparılacaq. Sürücülər Özlərinə isə böyük məbləğdə cərimələr tətbiq ediləcək. Qanun pozuntusuna yol verən sürücülərin kimliyindən və statusundan asılı olmayaraq onlara heç bir güzəştlər olmayacaq. Bundan başqa, lisenziyası olan, lakin taksi xidmətinə yararsız olan avtomobillərin fəaliyyətinə də son qoyulacaq. Sovet avtomobilləri, içərisində şəraiti olmayan və sərnişinlərin təhlükəsizliyinə cavab verməyən avtomobillərlə taksi xidməti göstərməyə imkan verilməyəcək. "Tutaq ki, maşın "Mercedes” markalıdır. Lakin avtomobil texniki baxımdan yararsızdır. İçərisində kondisioner və havalandırma sistemi yoxdursa və digər təhlükəsizlik göstəriciləri yetərincə deyilsə, həmin avtomobil sürücülərinə də taksi xidmətilə məşğul olmağa imkan verilməyəcək. Taksilərin rənglərinə də fikir veriləcək. Əsasən ağ, sarı rəngli taksilərə üstünlük veriləcək”, - deyə mənbədən bildirilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












