Taksilərdə siqaret çəkmək qadağan olunacaq

Azərbaycanda taksilərdə siqaret çəkilməsinin qadağan edilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev çıxış edib.
Avtosfer.az xəbər verir ki, bu barədə M.Quliyev trend-ə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində taksi xidməti yüksək keyfiyyətli xidmət hesab edilir.
Onun sözlərinə görə, həm taksi maşınının vəziyyəti yaxşı səviyyədə olmalıdır, həm də sürücünün davranışı, mədəniyyət səviyyəsi, səliqəliliyi olmalıdır: "Burada ən vacib məsələlərdən biri də taksilərdə siqaret çəkilməsinin qadağan olunmasıdır. Mən bu təkliflə Milli Məclisdə çıxış etmişəm. Bu həm taksi sürücüləri, həm də sərnişinlər üçün vacidbir. Çünki taksi kiçik qapalı bir məkandır. Əgər taksidə bir nəfər siqaret çəkirsə, orada olanların hamısı siqaret tüstüsündən zəhərlənir. Orada uşaqlar da, qadınlar da olur".
Qeyd edək ki, qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












