Təkcə 7 səbəbə görə velosiped sürməyə dəyər - SİYAHI

Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır. Avtosfer.az publika.az-a istinadən ən yararlı idman növlərindən biri sayılan velosiped sürməyin 7 üstün cəhətini təqdim edir:
1. Yağları əridir
Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir.
1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür. Halbuki qaçış da daxil olmaqla, digər idman növlərində saatda sadəcə 100-200 kalori xərcləyə bilərsiniz.
2. Ombanı ideal formaya salır
Velosiped sürərək ayaqlarınızı və ombanızı da formaya sala bilərsiniz. Üstəlik, bu zaman qarın və qol əzələləriniz də güclənəcək.
3. Ürəyin dostudur
Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə, sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər.
4. Depressiyaya düşməyə qoymur
Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.
5. Pul və zaman israfına son qoyur
Böyük şəhərlərdə vaxtımızın çoxu tıxaclarda keçir. Ancaq velosiped sayəsində tıxaclarda qalmadan istədiyimiz yerə vaxtında çata bilərik. Bu zaman benzinə və ya ictimai nəqliyyata ödəyəcəyimiz pul cibimizdə qalar.
6. Daha rahat yuxunu təmin edir
Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar.
7. Qəbizliyi aradan qaldırır
Qəbizliyin qarşısını alan müxtəlif vasitələr var. Ancaq bunlardan ən asanı və ən faydalısı velosiped sürməkdir. Çünki velosiped sürərkən bağırsaqların fəaliyyəti artır.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










